Azərbaycan gimnastı Marina Nekrasova sərbəst hərəkətdə bürünc medal qazanıb

Bu gün Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku başa çatıb. Allsport.az saytı xəbər verir ki, sonuncu gündə müxtəlif hərəkətlər üzrə finallar keçirilib.

Azərbaycan gimnastı Marina Nekrasova sərbəst hərəkətlərdə bürünc medal qazanıb. O, finalda 12.833 xal yığaraq ən yaxın rəqibi yunanıstanlı gimnast İoanna Suloqini 0.2 xal qabaqlayıb. Kişilər arasında turnikdə hərəkətlər üzrə yarışın finalında yaponiyalı gimnast Naoto Hayasaka birinci yeri tutub.

Bakının artıq ikinci ildir ev sahibliyi etdiyi dünya kubokunda 23 ölkədən 85 kişi və 35 qadın idmançı iştirak edib. Hazırkı olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında keçirilən yarışlarda kişi gimnastları 6, qadın gimnastları isə 4 dəst medal uğrunda mübarizə aparıblar.

Həmin kateqoriyadan