- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ötən həftəsonu Latviya və İspaniyada bədii gimnastika üzrə beynəlxalq turnirlər yekunlaşıb. Allsport.az xəbər verir ki, Riqada ənənəvi olaraq hər il keçirilən “Baltic hoop” yarışı, Gülsüm Şəfizadənin çoxnövçülükdə əldə etdiyi bürünc medalla yadda qalıb.
Birinciliyi Belarusdan olan gimnast Melitina Stanuta, “gümüş” medalı isə Rusiyadan olan gimnast İrina Annenkova əldə edib.
Digər gimnastımız Zeynep Çelep çoxnövçülükdə və halqa ilə 8-ci yerdə qərarlaşıb. Yeniyetmələrdən ibarət qrup komandası 5 topla çıxışlarına görə 4-cü olub.
Eyni zamanda cənubda, İspaniyanın Barselona şəhərində Azərbaycan gimnastı Marina Durunda beynəlxalq turnirdə iştirak edirdi və o, gürzlərlə çıxışlarına görə 3-cü yerdə qərarlaşıb.