Azərbaycan idman akademiyasında cüdo ustadının 80 illik yubileyi keçirilib

Avqustun 8-də “Əməkdar məşqçi”, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Şöhrət” ordenli mütəxəssis Əhməddin Rəcəblinin 80 illik yubiley mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan idman akademiyasında keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək yubilyarı təbrik edib, ona idmanın inkişafındakı xidmətlərinə görə təşəkkür ediblər.

Ardınca sambo və cüdo idman növlərinin inkişafında misilsiz xidmətləri olan səbəbkarın Rəcəblinin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Yubilyar çıxış edərək idman karyerasından qısa xatirələrini bölüşüb, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

“İdman veteranları” ictimai birliyinin sədri, olimpiya çempionu Zemfira Meftahətdinova, dövlət sərhəd xidməti rəisinin müavini Rəsul Tağıyev, Azərbaycan idman akademiyasının rektorunun müavini, olimpiya çempionu Fərid Mansurov, Azərbaycan cüdo federasiyası prezidentinin müşaviri Natiq Bağırov, eləcə də idman veteranları çıxış edərək, Əhməddin Rəcəblini təmsil etdikləri qurumlar adından təbrik ediblər.

Həmin kateqoriyadan