Azərbaycanın ən güclü cüdoçuları müəyyənləşib

Bu gün cüdoçuların Azərbaycan çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan yarışın 2-ci günündə 5 çəki dərəcəsində qaliblər mükafata layiq görülüb.

Qadınlar arasında yarışlar başa çatdığından yalnız kişi cüdoçular mübarizə aparıblar. Elvin Mustafayev (73 kq), Tofiq Səfərli (81), Abdulhaq Rəsullu (90 kq), Cəlil Şükürov (100 kq) və Uşanqi Kokauri (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Mükafatlandırma mərasimində Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, veteran cüdoçular və Olimpiya mükafatçıları, tanınmış idman xadimləri iştirak ediblər. Qaliblərə medallar, fəxri diplomlar və pul mükafatları təqdim olunub.

Ümumilikdə, yarışda 48 klubdan 366 cüdoçu (315 kişi, 51 qadın) qüvvəsini sınayıb. İki gün davam edən respublika çempionatının qalibləri milli komandamızın növbəti təlim-məşq toplanışına dəvət olunublar.

Həmin kateqoriyadan