- Baxış sayı: 230
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Mədinə Həsənova Türkiyəyə yollanıb.
Allsport.az xəbər verir ki, o, təcrübəsini türkiyəli gənc gimnastlarla bölüşəcək.
Həsənova İstanbulda “Adeo” gimnastika klubunun təmsilçiləri üçün keçirilən təlim-məşqlərdə iştirak edəcək.
Hazırlıqlara yanvarın 27-dək yekun vurulacaq.