- Baxış sayı: 43
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
22-26 mayda Macarıstan paytaxtı Budapeştdə bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarış üçün millimizin heyəti bəlli olub. Fərdi çıxışda Zöhrə Ağamirova, Kamilla Seyidzadə və İlona Zeynalova mübarizə aparacaqlar.
AÇ-də həm də qrup hərəkətləri komandasında iştirak edəcəyik. Heyətə Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Dərya Sorokina daxil ediliblər.
Yeniyetmələrin yarışında Azərbaycan gimnastları Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı çıxış edəcəklər. Bu Avropa çempionatı Parisdə-2024-ə lisenziya xarakteri daşıyacaq. Turnirdə ümumilikdə 302 idmançı çıxış edəcək.