Bədii gimnastika üzrə 26-cı, aerobika üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatı

Dünya çempionatından qısa bir müddət sonra milli gimnastika arenası bu növ üzrə yerli yarışlara ev sahibliyi edəcək. Allsport.az saytı xəbər verir ki, bu dəfə bədii gimnastika təmsilçilərinə aerobika gimnastları da qoşulacaqlar. Oktyabrın 10-13-də bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatı təşkil olunacaq.

Dörd günlük yerli turnirə ilk olaraq bədii gimnastlar start verəcək. İştirakçılar yarışlar ərzində gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar. Aerobika gimnastları da müxtəlif yaş kateqoriyalarında fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.

Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı və bölgələr üzrə ümumilikdə 200-dən çox idmançının iştirakı gözlənilir. Paytaxt üzrə Bakı gimnastika məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” klublarının, “Zirvə International”, Zabrat idman klublarının, respublika kompleks idman məktəbinin, Şağan olimpiya idman kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışacaqlar.

Həmin kateqoriyadan