- Baxış sayı: 50
- 25 Noyabr 2024 23:26
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Mayın 1-3-də çoxprofilli “Minsk-Arena” idman və mədəniyyət kompleksində bədii gimnastika üzrə XXXI Avropa çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, çempionatda 38 komanda iştirak edəcək.
Bu barədə Belarusun idman və turizm naziri Aleksandr Dubrovski BELTA-nın mətbuat mərkəzində keçirilən mətbuat konfransında məlumat verib. Dubrovski deyib: “Avropa çempionatı may bayramı günlərində əsl hadisəyə çevrilməyi vəd edir. Minskə 600-dən çox idmançı gələcəyi gözlənilir. 38 ölkədən ( o cümlədən Azərbaycandan – red.) sifariş veriblər. Turnirin təşkilat komitəsi artıq ciddi iş görüb və ümidvarıq ki, Minsk çempionatı ən yaxşı çempionatlardan biri olacaq”.
Avropa çempionatının təşkilatçıları Belarus Gimnastika Assosiasiyası, İdman və Turizm Nazirliyi, Minsk Şəhər İcraiyyə Komitəsi və Prezidentin İdman Klubudur. Belarus paytaxtı bədii gimnastika üzrə Avropa çempionatını ikinci dəfə qəbul edəcək.
Xatırladaq ki, “Minsk-Arena”da qitə birinciliyi ilk dəfə 2011-ci ildə keçirilib.