- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Karantin günlərinin davam etdiyi və bir çox yarışların təxirə salındığı dövrdə Azərbaycan və İsrail gimnastika federasiyaları ilk dəfə (12-14 fevral) bədii gimnastika üzrə “Gələcəyə addım” adlı onlayn tədbir keçirəcəklər.
Allsport.az saytı xəbər verir ki, vebinarda iştirak ödənişli əsaslarla həyata keçirilir və ödəniş 40 manat təşkil edir. Toplantı BGF-in texniki komitələrinin üzvləri – Noha Abu Şabana, İzabel Savada (hər ikisi – bədii gimnastika), Cef Tomson (Kişi idman gimnastikası), məşqçilər – Qabriela Müller (İsveçrə), Taro Netzer (Avstriya), Roman Yahoda (Avstriya), eləcə də, Porto və Koimbra universitetlərinin professoru – Lurdeş Avila-Karvalo (Portuqaliya) tərəfindən keçiriləcək.
Tədbirin məqsədi iştirakçılara bu çətin dönəmdə yeni biliklər qazandırmaq, onları motivasiya etmək və iki ölkənin federasiyaları arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsindən ibarətdir.
Vebinar Bakı vaxtı ilə saat 18:00-da (İsrail vaxtı ilə 16:00) başlayacaq.