- Baxış sayı: 125
- 04 Fevral 2026 11:50
- Baxış sayı: 127
- Fevral 04, 2026
- 0

Bədii gimnastımız Zöhrə Ağamirova Tokio oyunlarında çıxışını başa vurub. Allsport.az saytı xəbər verir ki, o, fərdi çoxnövçülükdə təsnifatı adlaya bilməyib.
O, topla 23,400 xalla 16-cı, halqa ilə 23,000 xalla 17-ci olub. 20 yaşlı idmançımızın lentlə hərəkəti 19,900 xala layiq görülüb. Çıxışını gürzlərlə bitirən gimnastımız 21,500 xal alıb.
Təmsilçimiz 4 hərəkətin yekununda 87,800 xal yığıb, 11-ci yerdə qərarlaşıb və finala yüksələ bilməyib. Çünki ümumi siyahıda ilk 10 pillədə yer alanlar sabahkı finala yüksələcək.