- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova Yaponiyanın Kitakyuşu şəhərindəki dünya çempionatında mübarizəyə başlayıblar.
Allsport.az xəbər verir ki, onlar top və halqalarla çıxışlarını başa vurublar.
Ağamirova topla hərəkərlərdə 21,400 xala, halqa ilə isə 21, 150 xala layiq görülüb. O, 42,550 xalla hələlik çoxnövçülükdə 22-ci sıradadır.
Cəlilova isə halqa ilə hərəkətlərə 21,350 xal, topla isə 22,600 xal toplayıb və hazrda 20-cidir.
Onlar “8-lik”də yer alma şanslarını itirdikləri üçün fərdi mübarizədə finala vəsiqə qazana bilməyiblər. Ağamirova halqa ilə 21-ci, topla 29-cu, Cəlilova isə halqa ilə 22-ci, topla 18-ci sıradadır.
Oktyabrın 28-də lent və gürzlərlə təsnifat mərhələsində 2 gimnasta Nərmin Bayramova da qoşulacaq.
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandasl isə oktyabrın 29-da 5 top, eləcə də 3 halqa və 2 cüt gürzlərlə çıxışlarını nümayiş etdirəcəklər.