- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Milli Gimnastika Arenasında bədii gimnastların Azərbaycan çempionatı, batutçuların isə ölkə çempionatı və Bakı birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, gənc bədii gimnastların mübarizəsində ayrı-ayrı alətlər üzrə final mərhələləri keçirilib. Finalda rəqabət İlahə Məmmədova (1-ci yer – top, gürzlər; 2-ci yer – ip, halqa), Zöhrə Ağamirova (1-ci yer – ip, halqa; 2-ci yer – top; 3-cü yer – gürzlər), Veronika Qudis (2-ci yer – gürzlər), Dərya Farşbafşəhriyari (2-ci yer – halqa; 3-cü yer – top) və Darya Sorokina (3-cü yer – ip) arasında gedib.
Qızlarımız İlahə Məmmədova, Veronika Qudis, Zöhrə Ağamirova və Darya Sorokina gənclər üçün bu ilin ən mühüm yarışı olan iyunun 17-19-da İsrailin Holon şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcəklər.
Batutçuların yarışında kişi gimnastlar 1, qadın gimnastlar isə 4 yaş qrupunda mübarizə aparıblar. Kişilər arasında Hüseyn Abbasov (uşaqlar), qadınlar arasında isə Sviatlana Makştarova (böyüklər), Selcan Maqsudova (yeniyetmələr), Kamilla Rəsulova (uşaqlar) və Violetta Sorokina (kiçiklər) fərqləniblər.