- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ötən həftəsonu Fransada bədii gimnastika üzrə hər il keçirilən ənənəvi “Qran-Pri” yarışı və beynəlxalq turnir yekunlaşıb. Allsport.az xəbər verir ki, Azərbaycan gimnastı Marina Durunda Tiye şəhərində “Qran-Pri”-də çıxış edərək 3 medal qazanıb: onun hesabına gürzlərlə hərəkətə görə qızıl, lentlə hərəkətlərə görə gümüş və halqa ilə çıxışına görə bürünc medalı yazılıb.
Ümumi hesaba daha bir bürünc medalı isə böyüklərdən ibarət qrup komandasının ikinci heyəti “6 gürz – 2 halqa ilə” kompozisiya ilə çıxışlarının nəticələrinə əsasən yazdırıblar.
Fransanın digər şəhəri Kaledə gimnastımız Jalə Piriyeva yeniyetmələr arasında çoxnövçülükdə, iplə və gürzlərlə üç gümüş medal, həmçinin halqa ilə qızıl medal əldə edib. Digər gimnastımız topla çıxışına görə gümüş medal qazanıb. Gimnastlarımız komanda hesabında da birinci yeri tutublar.