- Baxış sayı: 227
- 30 Noyabr 2025 10:00
- Baxış sayı: 92
- Dekabr 05, 2025
- 0

Bu gün Bolqarıstan paytaxtında bədii gimnastika üzrə dünya kuboku başlayıb. Allsport.az saytı xəbər verir ki, fərdi hesabda ölkəmizi Arzu Cəlilova və Nərminə Səmədova təmsil edirlər.
Qrup komandalarının yarışında Azərbaycanı Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Məryəm Səfərova və Dərya Sorokina təmsil edəcəklər.
Ölkə yığmasının lideri Zöhrə Ağamirova mövsümün növbəti startları üçün fərdi proqrama əsasən hazırlaşır. Sofiyada yarışlar 28 marta qədər davam edəcək.