- Baxış sayı: 43
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Sentyabrın 28-də “AAAF Park Yaşayış Kompleksi”nin yarış zalında bədii gimnastika üzrə “Zirvə Kuboku” keçirilib. Allsport.saytı xəbər verir ki, 50-yə yaxın yeniyetmə qızımızın iştirak etdiyi turnir çox maraqlı alınıb. Kubokda “Zirvə” Beynəlxalq İdman Klubu, Sumqayıt Gimnastika Məktəbi və RKİM (Respublika Kompleks İdman Məktəbi) idmançıları medallar uğrunda mübarizə apardılar. Klubun baş məşqçisi Nigar Mirzəyeva ilə yanaşı, münsiflər heyətində məşqçimiz İrina Əbdürrəhmanova, xoreoqrafımız Rəna Əminova, həmçinin Sumqayıtdan Svetlana Babayeva və RKİM-dən Səbina Cəlilova yer alıbdılar.
Yüksək səviyyəli təşkilatçılıqla müşayiət olunan Kuboku klubuzumun baş katibi Azad Mustafayev açıq elan etdi. O, nitq söyləyərək bu cür yarışların Azərbaycan idmanının gələcəyi üçün əhəmiyyət daşıdığını, buradan Olimpiya medalçısı və çempionlarının yetişməsini arzuladığını dilə gətirdi. Sonra Kubok start götürdü.
Əvvəlcə, kiçik yaşlı qızlar nümunəvi çıxışlar etdilər. Daha sonra yarışım rəsmi hissəsi başladı. İlk öncə, ən aşağı yaşda olan yenilər, bir qədər sonra isə peşəkarlar mübarizəyə qoşuldular. Bütün qruplarda medalçılar sırasında olan “Zirvəçilər” yarışların mütləq qalibi oldular.