- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Oktyabrın 2-3-də Milli Gimnastika Arenası növbəti turniri – kişi və qadın idman gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyini qəbul edəcək. Allsport.az xəbər verir ki, kişi idman gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq” İdman Klubu, Respublika Olimpiya İdman Liseyinin gimnastları, həmçinin Sumqayıt və Balakən təmsilçiləri iştirak edəcəklər. Balacalar, uşaqlar və kiçiklər arasında çoxnövçülük üzrə qaliblər müəyyən olunacaq. Çoxnövçülük üzrə final mərhələsi isə böyüklər, gənclər və yeniyetmələr arasında keçiriləcək.
Qadın idman gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq” İdman Klubu və “Neftçı” təmsil olunacaq. Yarışların reqlamentinə əsasən böyüklər, balacalar, uşaqlar və kiçiklər arasında medallar uğrunda mübarizə aparılacaq.
2 gün ərzində tamaşaçıları 1-ci Avropa Oyunlarının beş qat mükafatçısı olan yeganə Azərbaycan idmançısı, həmçinin parallel qollarda qızıl medal sahibi – Oleq Stepko, komanda hesabında bürünc mükafatçısı Petro Paxnyuk, 1-ci Avropa Oyunlarının iştirakçıları Marina Nekrasova və Yuliya İnşina, o cümlədən Mariya Smirnovanın valehedici çıxışları gözləyir.
Sözügedən turnir böyük gimnastlar üçün 23 oktyabr – 1 noyabr tarixlərində Qlazqoda (Böyük Britaniya) keçiriləcək Dünya Çempionatı öncəsi sonuncu yarışdır. Bu tamaşaçılar üçün idmançılarımızın ilin əsas yarışında nümayiş etdirəcəkləri təkmilləşdirilmiş proqramı izləməyə unikal fürsət yaradır. Yarışların gedişatı zamanı müxtəlif müsabiqələrin keçirilməsi tamaşaçıların xüsusi marağına səbəb olacaq.