Bakıda bədii gimnastika üzrə dünya kubokunda bizi kimlər təmsil edəcək?

Aprelin 22-dən 24-nədək diqqət yenə Azərbaycanın paytaxtına yönələcək. Allsport.az saytı xəbər verir ki, dünyanın ən güclü bədii gimnastları bu dəfə Bakıda dünya kubokunda bir araya gələcəklər.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi 5-ci beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 31 ölkədən 44-ü fərdi və 96-sı qrup komandasının (15 qrup) üzvü olmaqla 140 gimnastın iştirakı gözlənilir. 

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edəcəklər.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. Yarışlar hər gün saat 12:00-da başlayacaq.

Həmin kateqoriyadan