- Baxış sayı: 223
- 30 Noyabr 2025 10:00
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

28 iyul-1 avqustda milli gimnastika arenasında ilk dəfə olaraq batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib. Allsport.az xəbər verir ki, Avropa gimnastikasının təşəbbüsü və Azərbaycan gimnastika federasiyasının təşkilatçılığı ilə baş tutan bu təlim-məşqə Azərbaycanla yanaşı, İtaliya, Çex Respublikası, Danimarka və İsveçdən olan idmançılar, məşqçilər və beynəlxalq ekspertlər qatılıb.
Təlim-məşq toplanışının əsas məqsədi iştirakçı gimnastların texniki və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də onların beynəlxalq yarışlara hazırlığının gücləndirilməsidir. Toplanışda tamblinq və ikili-mini batut üzrə məşqlər də keçirilib. Təlim-məşq toplanışında Avropa gimnastikasının batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Babette van Vetering, vitse-prezidenti Luis Nunes və digər ölkələrin nümayəndələri Samuel Castro, Anette Dalsten, Sergio Lukas və Adil Hüseynzadə ekspert qismində çıxış ediblər.
Təlim-məşq toplanışının idman yönümlü hissəsi ilə yanaşı, iştirakçılar üçün maraqlı mədəni proqram da təşkil olunub. Ölkəmizə gələn gimnast və ekspertlər Bakının tarixini və müasirliyini əks etdirən görməli yerlərinə ekskursiya ediblər. Ölkəmizin zəngin tarixi, memarlığı və müasir inkişafı haqqında ətraflı məlumat əldə ediblər.