- Baxış sayı: 51
- 16 Mart 2026 19:58
- Baxış sayı: 265
- Mart 18, 2026
- 0

Sabah Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına start veriləcək.
Allsport.az xəbər verir ki, toplanışda Azərbaycanla yanaşı, Gürcüstan və Rumıniya yığmaları da hazırlıq keçəcək.
Bakı boks mərkəzində təşkil olunacaq toplanışa 60-dək boksçu qatılacaq. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Gürcülər tam heyətlə məşqlərə 1 gün sonra qoşulacaqlar.
Məşqlər Bakıda təşkil olunacaq “Böyük ipək yolu” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
“Böyük ipək yolu” yarışı aprelin 2-7-də baş tutacaq.