Bakıda çempion olan gözəlçə ana olmağa hazırlaşır. Soldatova uşağın atasını kim olduğunu demir

Bədii gimnastika üzrə 4-qat dünya çempionu Aleksandra Soldatova ana olmağa hazırlaşır. Allsport.az saytı xəbər verir ki, çox tezliklə əlamətdar bir hadisə baş verəcək – rusitalı gözəlçə bu barədə açıqlama verib.

“Əminəm ki, bu dəfə darıxacağam. Təpiklər, yöndəmsiz yerişlər və daha çox. Amma indi artıq görüşümüzü səbirsizliklə gözləyirəm. Çünki son ay çox tez keçəcək”.

O, 2019-cu ildə Bakıda keçirilən Avropa çempionatında komanda hesabında qızıl, top və lentlə hərəkətərdə gümüş medal qazanıb.

Həmin kateqoriyadan