- Baxış sayı: 37
- 19 Dekabr 2025 23:03

- Baxış sayı: 157
- Dekabr 19, 2025
- 0


Beynəlxalq cüdo federasiyası (BCF) akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramı çərçivəsində “nage-no-kata” üzrə seminar keçirilib.
Allsport.az xəbər verir ki, məşğələ BCF akademiyasının təhsil direktoru, Avropa cüdo birliyinin baş kata komissarı Slavişa Bradiçin rəhbərliyi ilə baş tutub.
Təlim zamanı iştirakçılara “nage-no-kata”nın nəzəri əsasları, texniki icra qaydaları və tədris metodikası ətraflı izah olunub. Praktiki məşğələlərdə məşqçilər hərəkət ardıcıllıqlarını yerinə yetirərək texniki dəqiqliyin artırılması və kata tədrisində qarşılaşılan çətinliklərin aradan qaldırılması üzrə tövsiyələr alıblar.