- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib. Allsport.az xəbər verir ki, mərasimdə beynəlxalq gimnastika federasiyasının texniki komitəsinin üzvü, hazırkı yarışların texniki nümayəndəsi Tatyana Şuyska, Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva çıxış edərək idmançılara uğurlar arzulayıblar.
Batutçular iki gün ərzində beynəlxalq gimnastika federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günündə təsnifat mərhələsi, ikinci günündə isə kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) təşkil olunacaq.
Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.