Bakıda gimnastika üzrə beynəlxalq turnir

14-15 dekabrda milli gimnastika arenasında ilin ən füsunkar yarışlardan biri – bədii gimnastika üzrə ”Winter Fairytale” adlı beynəlxalq turnir baş tutacaq.

Allsport.az xəbər verir ki, bu möhtəşəm tədbir 2009-2018-ci il təvəllüdlü gənc gimnastların nağılları xatırladan çıxışlarını və qışın sehrini bir araya gətirəcək.

Bir çox xarici ölkələrdən gələn gimnastlar və yerli idmançılar bu turnirdə öz bacarıqlarını nümayiş etdirəcək, yeni yarış qaydalarına uyğun təcrübə toplayacaq.

Həmin kateqoriyadan