Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının loqosu təsdiqlənib

16-22 sentyabrda paytaxtda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının loqosu müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, tTokio-2020 olimpiya oyunlarına lisenziya verən yarışın bənövşəyi, qızılı və qırmızı rənglərin qarışıq tonları ilə qadın incəliyinin vurğulandığı loqosunda, əsas alət kimi lent seçilib.

İştirakçılara isti və əlvan rənglərin ahəngliyi ilə müsbət enerjinin ötürüləcəyinə inanan yarışın təşkilatçıları, məhz bu maraqlı kompozisiyanı ərsəyə gətirməklə, sentyabr ayında dünya gimnastika ulduzlarını ən yüksək abu-havada qarşılayacaqlar.

Həmin kateqoriyadan