- Baxış sayı: 221
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Oktyabrın 5-də AGF idman gimnastikası üzrə Avropa çempionatı ilə bağlı qərar qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, yarışa Azərbaycan ev sahibliyi edəcək. Kişilərin yarışı dekabrın 9-13-də planlaşdırılır. Yarışda 39 ölkədən 324 gimnast iştirak edəcək. Dekabrın 17-20-də qadınların baş rəqabətində 38 ölkədən 304 idmançı çıxış edəcək.
Əvvəlcə kişilər arasında Avropa çempionatının mayın 27-dən 31-dək Bakıda, qadınlar arasında yarışın isə aprelin 30-dan mayın 3-dək Parisdə keçirilməsi nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası səbəbindən yarışlar təxirə salınmışdı.