- Baxış sayı: 214
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Koronavirus pandemiyası səbəbiylə təxirə salınan aerobika üzrə dünya çempionatının yeni tarixi məlum olub. Allsport.az xəbər verir ki, federasiya Bakıda keçirilməsi planlaşdırılan yarışın 2021-ci ildə baş tutacağını açıqlayıb.
COVID-19 pandemiyasına görə təxirə salınan bütün turnirlərin 2021-ci ilin yayında keçiriləcəyi vurğulanıb. Aerobika üzrə dünya çempionatının 14-16 may tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulmuşdu.
Bundan başqa, martın 12-də Bakıda başlayan, amma eyni səbəblə martın 13-də dayandırılan idman gimnastikası yarışı barədə də qərar verilib. Federasiya yarışdakı nəticələrə uyğun olaraq Tokio-2020 yay olimpiya oyunlarına lisenziya xallarının veriləcəyini bildirib.