Bakıya 300-dən çox gimnast gələcək

Gələn il martın 12-15-də milli gimnastika arenasında Tokio yay olimpiya oyunlarına lisenziya xarakterli dünya kuboku yarışları keçiriləcək.

Allsport.az xəbər verir ki, ilkin qeydiyyat siyahısına əsasən turnirdə iştirak etmək istəyən ölkələrin sayı 48-dir. Yarışda ümumilikdə 321 kişi və qadın idman gimnastının mübarizə aparacağı gözlənilir.

İştirak edəcək gimnastların adları yanvarın əvvəllərində açıqlanacaq. Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Həmin kateqoriyadan