“Bankçılar” mərakeşli hücumçu ilə danışığa başlayıb

“İnter” heyətini mərakeşli hücumçu ilə gücləndirə bilər. Allsport.az saytı sportinfo.az-a istinadən xəbər verir ki, söhbət Abdurrəhim Laajabdan gedir.

Afrikalı  forvard hazırda “Bodo” klubunun forması geyinir. Bundan öncə, müxtəlif illərdə Norveçdə “Skayd” “Sorumsandr”, “Notodden”, “Myondalen”, “Valarenqa” və “Stabek” klublarında çıxış edib.

Laajab mərkəz hücumçusudur və sol ayaqla da güclü zərbələrə malikdir. İllik maaşı 200 min dollardan bir az çox olan forvardın qışdan sonra, “bankçılar”ın forması geyinəcəyi gözlənilir. Artıq tərəflər danışığa da başlayıb.

Həmin kateqoriyadan