Baş məşqçisiz qadın cüdo yığmamız dünya çempionatına məğlubiyyətlərlə başlayıb

Macarıstan paytaxtında cüdoçuların dünya çempionatı start götürüb. Allsport.az saytı xəbər verir ki, kişilərdən fərqli, baş məşqçi Elçin İsmayilovsuz Budapeştə yollanan qadın millimiz yarışa uğursuz başlayıb.

Leyla Əliyeva elə ilk tutaşmada gələcək çempion Funa Tonakiyə (Yaponiya) yenilib. Monqol legionçu Ərdənabad Bazarraqça ruminiyalı Aleksandra Popaya uduzaraq mübarizə ilə erkən vidalaşıb.

Xatırladaq ki, kişilərdə Orxan Səfərov (60 kq) yarışın ilk günündə 2-ci yer tutub.

 

Həmin kateqoriyadan