- Baxış sayı: 222
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Milli gimnastika arenasında batut üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan birinciliyinin və Bakı çempionatının mükafatçıları müəyyənləşiblər.
Allsport.az saytı xəbər verir ki, turnirdə idmançılar fərdi proqramda batut üzrə balacalar (2015), uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük), tamblinq üzrə isə uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük) yaş kateqoriyalarında mübarizə aparıblar.
Çempionat və birincilikdə ümumilikdə batut üzrə 34, tamblinq üzrə isə 20 idmançı iştirak edib.