- Baxış sayı: 53
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Serbiyanın paytaxtı Belqradda cüdo üzrə açıq Avropa çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi 3 medal qazanıb.
Elbrus Zamanov (60 kq), Telman Vəliyev (73 kq) və Gültac Məmmədəliyeva (48 kq) 3-cü yer tutublar. 30 ölkədən 240 nəfərin mübarizə apardığı sınaqda Azərbaycan komandası 13 kişi və 4 qadın idmançı ilə təmsil olunur.