- Baxış sayı: 34
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Beynəlxalq cüdo federasiyasının (İJF) prezidenti Marius Vizer milli komandaların təlim-məşq mərkəzində olub. Allsport.az saytı xəbər verir ki, görüş zamanı ona mərkəzdə yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.
Qonaq, İJF-nin standartlarına cavab verən tatamilərlə təchiz olunmuş zallar və fiziki məşq zalı ilə tanış olub. O, həmçinin psixoloq, həkim, fizioterapiya və masaj otaqlarına baxış keçirib, idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün istifadə olunan cihaz, avadanlıqlar və müasir resurslar haqqında məlumat əldə edib.