Beynəlxalq Gimnastika Federasiyası şurasının iclası ilk dəfə Bakıda

7-8 mayda Tailand patyaxtı Banqkokda Beynəlxalq Gimnastika Federasiyası (FIG) şurasının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda AGF-in baş katibi Fərid Qayıbov ölkəmizin növbəti FIG yığıncağının Bakıda keçirilməsi ilə bağlı namizədliyinin irəli sürüb. Qərarına əsasən, növbəti ilin 6-7 mayda FIG Şurasının üzvləri ilk dəfə olaraq Bakıda toplaşacaqlar.

İclasda, həmçinin Azərbaycanın 3 gimnastla təmsil olunacağı (Marina Durunda – bədii gimnastika, Oleq Stepko və Petro Paxnyuk – kişi idman gimnastikası) Rio-2016 Olimpiya Oyunlarında gimnastika növləri üzrə yarışların təsnifat mərhələlərində idmançıların hansı ardıcıllıqla çıxış edəcəyini müəyyən edən püşkatma da keçirilib.

Şura FIG-nin idarəetmə strukturunda əhəmiyyətinə görə ikinci orqandır (birinci Konqressdir) və onun iclasları hər ilin may ayında keçirilir.

44 üzvdən ibarət olan Şuranın vəzifələrinə FIG prezidentinin hesabatlarının nəzərdən keçirilməsi, FIG İcra Komitəsinin fəaliyyətinin təsdiq edilməsi, FIG-nin Texniki Reqlamentinə dəyişiklik edilməsi, illik maliyyə hesabatının, yarışların keçirilməsinə ayrılan büdcənin təsdiq olunması və s. daxildir.

Bakı növbəti 2017-2020 olimpiya dövrünün ilk FIG Şurasının qəbul edəcəyi mühüm qərarların şahidi olacaq.

Həmin kateqoriyadan