Beynəlxalq gimnastika federasiyasının bayrağı Azərbaycana verildi

Yaponiyanın paytaxtı Tokio şəhərində start götürmüş batut gimnastikası üzrə 34-cü dünya çempionatı sona çatıb. 

Allsport.az xəbər verir ki, Azərbaycanı yarışlarda batut gimnastikası üzrə yığma komandanın üzvləri Ruslan Ağamirov, İlya QrişuninOleq Piunov təmsil edib.

Gimnastlar ən yaxşı nəticəni sinxron proqramda göstəriblər. Ruslan və İlya cütlüyü 34 komanda arasında 18-ci yerdə qərarlaşıb.

Bağlanış mərasimində beynəlxalq gimnastika federasiyasının bayrağı növbəti dünya çempionatı üçün Azərbaycana təqdim edilib. Bayrağı gənclər və idman nazirliyinin nümayəndəsi Elçin Qasımov və federasiyanın batut gimnastikası üzrə idman meneceri Fatimə Şəfizadə qəbul edib.

Batut gimnastikası üzrə dünya çempionatına 2021-ci ildə Azərbaycan ev sahibliyi edəcək.

Həmin kateqoriyadan