“Beynəlxalq Gimnastika Federasiyasının konqresinin Bakıda keçirilməsi bizə olan böyük etimaddır”

“Beynəlxalq Gimnastika Federasiyasının 82-ci konqresinin paytaxtımızda keçirilməsi Azərbaycana olan böyük etimadın göstəricisidir”. Allsport.az saytı xəbər verir ki, bu sözü jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. O, gimnastika üçün çox vacib olan bu tədbirin Bakıda keçirilməsi sevindirici olduğunu bildirib:

“Gördüyünüz kimi, bütün işlər yüksək səviyyədə təşkil olunub. Bütün tələb olunan məsələləri Azərbaycan Gimnastika Federasiyası müvəffəqiyyətlə həll edib və konqres çox yüksək səviyyədə keçirilir. Mötəbər tədbirin Bakıda təşkil olunması təsadüfi deyil. Ona görə ki, son illər gimnastika ilə bağlı Azərbaycanda böyük nailiyyətlər əldə olunub, müasir infrastruktur yaradılıb, dünyanın vacib yarışları məhz ölkəmizdə keçirilir.

Gimnastika idman növünə Azərbaycanda böyük maraq var. Böyük idman yarışlarından sonra valideynlər uşaqlarını idmana gətirib yazdırırlar. Bu da idmanın kütləviliyinə və inkişafına böyük töhfə verir”.

Qeyd edək ki, FİG-in 82-ci konqresinə sabah yekun vurulacaq. Nizamnamyə əsasən, ən yüksək ali orqan sayılan konqresdə 115-dən çox ölkədən 300-ə yaxın nümayəndə iştirak edir.

Həmin kateqoriyadan