Beynəlxalq triatlon yarışında ilk azərbaycanlı hakim

Azərbaycan triatlonu üçün əlamətdar hadisə – milli komandamızın məşqçisi və hakim Balaheydər Kərimov ilk dəfə olaraq dünya triatlon yarışında ölkəmizi beynəlxalq hakim kimi təmsil edib.

Allsport.az xəbər verir ki, o, 9-10 avqustda Rumıniyanın İzvorani şəhərində keçirilən yeniyetmələrin Avropa kubokunda uğurla hakimlik edərək beynəlxalq arenada ilk təcrübəsini qazanıb.

“Bu yarış mənim üçün böyük təcrübə oldu. Gələcəkdə ölkəmizi daha çox beynəlxalq triatlon yarışlarında layiqincə təmsil etməyə çalışacağam,” – deyə Balaheydər Kərimov bildirib.

Həmin kateqoriyadan