Belçikalı triatlonçu Sena çayında üzdükdən sonra xəstəxanaya yerləşdirilib

Belçikalı triatlonçu Sena çayında üzdükdən sonra xəstəxanaya yerləşdirilib

Belçikalı triatlonçu Kler Mişel, Paris olimpiadasında Sena çayında üzdükdən sonra xəstəxanaya yerləşdirilib.

Allsport.az saytı xəbər verir ki, idmançı iyulun 31-dən xəstəxanadadır. Həkimlər ona E.coli diaqnozu qoyublar. Bu da mədədə problem yaradır.

Xatırladaq ki, yarış ərəfəsində təşkilatçılar Sena çayında suyun keyfiyyətsiz olması səbəbindən 2 məşqi ləğv etmiş, kişilərin yarışı 1 gün təxirə salınmışdı.

Həmin kateqoriyadan