Ən yaxşı nəticə kimdə oldu?

Danimarkanın paytaxtı Kopenhagendə dünyaca məşhur triatlon “İronman” (dəmir məsafə) sıralamasının növbəti mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, iştirakçılar 3,8 km üzüb, 180 km velosiped sürüb və 42 km qaçıblar. Həm peşəkar, həm də həvəskarların qatıldığı turnirdə ümumilikdə 2500-ə yaxın idmançı gücünü sınayıb.

Sözügedən yarışa Azərbaycandan 7 idmançı qatılıb. Onlardan Aleksandr Mordasov, Samir Cavadov, Teymur Fərəcov, Rabiyə Orucova, Kamil Əliyev və Kamram Əbilov “Triterra”, Elçin Bəkirov isə “Tristar” klublarını təmsil edib.

Adı 3-cü çəkilən Teymur Fərəcov təmsilçimiz ən yüksək nəticə göstərərək, 9 saat 56 dəqiqə 06 saniyəyə finişə çatıb. Kamran Əbilov və Samir Cavadov “İronman” tituluna sahib olan idmançılar sırasına adlarını yazdırdılar.

Həmin kateqoriyadan