FOTO
Karyerası uğursuz olsa da, sosial mediada fenomen olmağı bacardı

Əgər xizək yarışının fanati deyilsinizsə, o zaman İrina Kovalenko haqqında eşitməməyiniz normaldır.

Allsport.az xəbər verir ki, o, olimpiya və ya dünya çempionu olmayıb və mediada qalmaqallı xəbərlərdə yer almayıb. Ancaq Kovalenko, Rusiyadan olan bir çox xizəkçidən daha məşhurdur.

O, karyerasına xizəklə başlayıb, sonra biatlonla məşğul olub, yenidən xizək sürməyə qayıdıb. İdmançı 2018-ci ildə dünya kubokunda debüt etməli idi, lakin bu baş tutmayıb. Bundan sonra İrina kommersiya yarışına girib, sosial şəbəkələrdə özünü inkişaf etdirməyə başlayıb və bəzi olimpiya çempionlarının yalnız həsəd apara biləcəyi sponsorlarla çox gözəl müqavilələr imzaladıb.

İndi Kovalenko özünü triatlonda sınayır, Ostankino məktəbində oxuyur, məşqçilik edir, bəzən xizək startlarında çıxış edir və rusiyalı xizəkçilərin yenidən beynəlxalq yarışlara nə zaman qayıdacağını gözləyir.

Həmin kateqoriyadan