Triatlon federasiyasında yeni prezident

Gənclər və idman nazirliyinin inzibati binasında təşkil edilən tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlanıb. Allsport.az xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Federasiyanın iki gün öncə istefa vermiş prezidenti Elçin Əliyev hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub.

Sonra federasiyanın hizamnaməsinə əlavə və dəyişikliklər müzakirə edilərək qəbul olunub. Ardınca yeni seçki keçirilib.

“FF Group” şirkətinin təsisçisi Fərid Fərhadzadə Azərbaycan triatlon federasiyasının yeni prezidenti seçilib. O, ötən il İtaliyada keçirilmiş beynəlxalq yarışda uğurla çıxış edərək, “Dəmir adam” titulunu qazanıb.

Yeni seçilmiş federasiya prezidenti çıxış edərək bildirib ki, bundan sonra bu idman növünün inkişafı üçün əlindən gələni edəcək və federasiyanın bundan əvvəlki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib.

Yığıncaqda həmçinin Fəxri ƏkbərovAdilə Süleymanova federasiya idarə heyətinə yeni üzv seçiliblər.

Həmin kateqoriyadan