- Baxış sayı: 89
- 15 Aprel 2026 22:06
- Baxış sayı: 128
- May 04, 2026
- 0

Çilidə triatlon üzrə dünya kubokunun Vina Del Mar mərhələsində Rostislav Pevtsov 11-ci yeri tutub. Allsport.az saytı xəbər verir ki, idmançımız üzgüçülükdə uğursuz start yerinə görə 40 saniyəlik gecikmə ilə başa vursa da, qaçışda liderdən cəmi 1 saniyə geri qalıb.
O, fərdi olimpiya reytinqində 11 pillə irəliləməklə 48-ci yerə yüksəlib. Hazırda Rosrislav olimpiya lisenziyasına iddialılar sırasındadır. Paris-2024 oyunlarında iştirak hüququ əldə etmək üçün, reytinqdə ilk 55 yerdən birində qərarlaşmaq lazımdır.