- Baxış sayı: 37
- 31 Mart 2025 18:49
- Baxış sayı: 59
- Mart 24, 2025
- 0
Milli gimnastika arenasında keçirilən “Bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turniri” start götürüb. Allsport.az xəbər verir ki, üç gün davam edəcək yarışda ümumilikdə 16 ölkənin təmsilçiləri iştirak edirlər. Gimnastlar həm fərdi – lent, top, halqa və gürzlərlə, həm də qrup hərəkətləri proqramı üzrə gənclər və böyüklər yaş kateqoriyalarında çıxış edirlər.
Azərbaycan turnirdə hər iki yaş kateqoriyası üzrə fərdi və qrup hərəkətləri proqramında təmsil olunur. Milli komandanın tərkibində Budapeştdə keçirilmiş Avropa çempionatının üç mükafatçısı – Fidan Qurbanlı, Şəms Ağahüseynova və Gövhər İbrahimova da yer alır. Gövhər üçün bu yarış gənclər yaş kateqoriyasında debüt olacaq.
Yarışın ilk günündə tamaşaçılar zəriflik və ustalıqla icra olunan möhtəşəm çıxışların şahidi oldular. Turnirdə ümumilikdə 68 fərdi gimnast və 14 qrup hərəkətləri komandası iştirak edir.