- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Göteborq”un azarkeşləri sevimli komandalarının Avroliqanın pley-off mərhələsinin ilk görüşündə «Qarabağ» klubu ilə oyununun canlı yayımlanmasını istəmirlər. Onlar stadionun boş görünməsindən ehtiyatlanırlar. Bu məlumatı allsport.az saytına İsveçdə yaşayan həmyerlimiz Mansur Atəş verib.
Onun sözünə görə, avqustun 17-ə kimi 9000 bilet satılıb ki, bu da 18416 tamaşaçı tutumu olan “Qamla Ullevi” üçün az rəqəmdir. Skandinaviyada matç günü bilet elə də satılmır. Üstəlik, «Blavit» (mavi-ağ) fanklubu stadiona girişin baha başa gəldiyindən gileyləniblər. Onlar «Qarabağ»ı müqayisə edərək, azarkeşlərin arenaya axışması üçün bilet qiymətini 1 dollar etdiyini vurğulayıblar.
Qeyd edək ki, sözü gedən görüşü canlı izləyənlər 30 avrolarından keçməlidirlər. 10 avropa künc yerlər satılır. VİP 50 avro təşkil edir. Sabah bizim vaxtla 21:00-da başlayacaq “Göteborq” – «Qarabağ» oyununu «Viasat» ödənişli telekanalı canlı yayımlayacaq.