- Baxış sayı: 52
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Polşada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokunun ilk günü bizim üçün uğurlu olub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan milli komandası yarışda 3 qızıl və 4 bürünc medal qazanıblar.
Rövşən Əliyev (50kq), Vüsal İbrahimov (55 kq) və Şəfəq Həmidova (44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa kubokuna sahib olublar. Raxşan Baxşəliyev (50kq), Əhməd Yusifov (55 kq), Paşa Əliyev (66 kq) və Şəhanə Hacıyeva (44 kq) bürünc medala sahib çıxıblar.
Beləliklə, Azərbaycan cüdoçuları qitə miqyaslı yarışın ilk günü 7 medal qazanaraq, hələlik komanda hesabında 1-nci yerdədir.