Boks federasiyasında yeni prezident

Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib. Allsport.az xəbər verir ki, tədbir gənclər və idman naziriliyinin inzibati binasında olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev federasiyanın prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.

K. Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan taekvondo federasiyasına uenidən prezident seçildiyi üçün, 2-ci federasiyadakı vəzifəsindən istefa verməli olub.

Həmin kateqoriyadan