- Baxış sayı: 32
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Dünya çempionatının elit-raund mərhələsində ilk oyununu keçirən Azərbaycan millisi Xorvatiya yığmasına məğlub oldu. Allsport.az xəbər verir ki, oyundan sonra yığmanın hücumçusu Bolinya 0:2 hesablı məğlubiyyəti dəyərləndirdi:
“Qələbə qazanmaq istəyirdik. Bizim real qol şansımız onlardan çox oldu. Oyuna yaxşı başladıq. Hesab açılana qədər 2-3 epizod yarata bildik. Hətta qapı durəyini də tuş aldıq. Nə edək ki, top qapı xəttini keçmək istəmədi. Adından da göründüyü kimi bu, futzaldır”.
Xorvatiya ilə matçda sarı vərəqə alaraq, cəzalı duruma düşən braziliyalı futzalçı cəzalı duruma düşməsindən danışıb:
“Açığı, çox yüngül epizod idi. Orada mübarizə gedirdi. Bilərəkdən qapıçıya toxunmadım. Məncə, sarı vərəqəlik epizod deyildi. Amma nə edək, meydan sahiblərinə qarşı oynayırdıq və hakimlərin simpatiyasının qurbanı olduq. Oynamasam da, komanda yoldaşlarıma uğurlar arzulayıram. Uğur qazanacağımıza inanıram”.