Bolqarıstanlı mütəxəssis məşqçilərimizə seminar keçib

Bolqarıstanın “Vasil Levski” adına milli idman akademiyasının professoru və idmançısı Daniela Daşova ölkəmizdə bədii gimnastika üzrə məşqçilərimizə seminar keçib.

Allsport.az saytı xəbər verir ki, professor, müasir gimnastika metodları, məşq prosesində diqqət yetirilməsi vacib olan nüanslar və beynəlxalq yarışlara hazırlıq mövzularında dəyərli bilik və təcrübələrini bölüşüb.

Bu məşğələ ölkəmizdə bədii gimnastika sahəsində çalışan məşqçilərin peşəkar inkişafına böyük töhfə verməklə yanaşı, Azərbaycan gimnastikasının gələcək uğurlarına dəstək məqsədi daşıyır.

Həmin kateqoriyadan