- Baxış sayı: 44
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
Rusiyanın Tümen şəhərində cüdoçuların “Böyük dəbilqə”sinə start verilib. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi 2 medal qazanıb. İlqar Müşkiyev və Davud Məmmədsoy (hər ikisi – 60 kq) 3-cü yer tutublar.
Vüqar Şirinli ilə İsgəndər Talışinski (66 kq) 7-ci olublar. 25 ölkədən 124 idmançının (73 kişi, 51 qadın) mübarizə apardığı turnirdə Azərbaycan 10 cüdoçu ilə təmsil olunur.