“Böyük dəbilqə”də 3 cüdoçu

Beynəlxalq cüdo federasiyasının (BCF) təqviminə əsasən, 25–27 iyulda Monqolustanın paytaxtı Ulan-Batorda “Böyük dəbilqə” turniri keçiriləcək.

Allsport.az xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədovun başçılığı altında 2 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq.

Üç gün davam edəcək turnirdə 29 ölkədən 248 idmançı (148 kişi, 100 qadın) iştirak edəcək.

BCF dünya turunun bu mərhələsində Azərbaycan cüdo federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Heyəti təqdim edirik:

Kişilər

60 kq

Balabəy Ağayev

Turan Bayramov

66 kq

Elşən Əsədov

Həmin kateqoriyadan