- Baxış sayı: 69
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 95
- Dekabr 05, 2025
- 0

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə cüdoçuların “Böyük dəbilqə” turniri davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub. Millimizin hesabına 1 qızıl və 2 bürünc medal yazdırıb.
81 kq-da əsas yığmaya son dövrdə qoşulan Rüfət İsmayılov sensasiya edib, bütün rəqiblərinə qalib gələrək, 1-ci yer tutub. Parisdə yeni yarışda 5-ci olan Rüstəm Orucov (73 kq) bu dəfə fəxri kürsünün 3-cü pilləsinə çıxıb. Yeni nəticəni qadınlarda Xanım Hüseynova (63 kq) göstərib.
Xatırladaq ki, mötəbər yarışın ilk günündə Orxan Səfərov (60 kq) millimizə bürünc medal qazandırıb.